"Bu, Azərbaycanın təhlükəsizliyi və güclənməsi üçün çox mühüm məsələdir"
Gələn il Azərbaycanda siyasi fəaliyyətin daha da artacağını müşahidə edəcəyik.
"Azərbaycanda 2017-ci il əsasən, ölkə iqtisadiyyatının möhkəmlənməsi ilə yadda qaldı. Biz başa çatan ildə qeyri-neft, qeyri-enerji sektorunun inkişafının şahidi olduq. Bu il həm də həmrəylik və əməkdaşlıq ili idi".
Bu barədə XalqTV.com-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bildirib.
/>
2018-ci ilə gəlincə, millət vəkilinin ümid edir ki, növbəti ildə ölkə iqtisadiyyatı daha da inkişaf edəcək: "Bu həm Azərbaycanın təhlükəsizliyi və xalqın rifahı, eləcə də dövlətimizin daha da güclənməsi üçün çox mühüm məsələsidir.
Gələn il eyni zamanda Azərbaycanda prezident seçkiləri keçiriləcək. Təbii ki, bununla bağlı siyasi fəaliyyətin daha da artacağını müşahidə edəcəyik. Ümidvaram ki, bu proseslər Azərbayan üçün məhz sabitlik və hüququn aliliyi çərçivəsində baş verəcək".
İlkin İzzət
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində