İranda bahalaşma əleyhinə aksiya
İranın şimali-şərqindəki Məşhəd və Kaşmər şəhərlərində bahalaşma əleyhinə etiraz aksiyası keçirilib.
XalqTV.com teleqraf.com-a istinadən bildirir ki, aksiya ilə bağlı foto və video məlumatları sabiq prezident Mahmud Əhmədinejata yaxın onlayn media paylaşıb.
Etirazçılar bahalaşma ilə yanaşı indiki prezident Həsən Ruhaninin də əleyhinə şüar səsləndiriblər.
Məşhədin icra nümayəndəsi Məhəmməd Rahim Nuriziyan aksiyanın icazəsiz keçirildiyini, polis tərəfindən dağıdıldığını və bir neçə nəfərin həbs edildiyini bildirib.
>İranın dini lideri Əli Xameneyinin Məşhəd təmsilçisi, Cümə imamı Əhməd Aləməlhuda Sebzivar şəhərindəki çıxışında mövcud iqtisadi siyasəti tənqid edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin