Azərbaycanda ilk: Muğanbank dünyanın ən böyük ödəniş sisteminin plastik kartlarının satışına start v
Azərbaycanda ilk dəfə olaraq, Çin Xalq Respublikasının Union Pay Int. beynəlxalq ödəniş sisteminə qoşulan "Muğanbank" ASC, Union Pay plastik kartlarının satışına start verib. "Muğanbank" ASC 4 növ: Union Pay Classic, Union Pay Gold, Union Pay Platinum və Union Pay Diamond kart məhsullarını müştərilərə təklif edir.
"Muğanbank" ASC-nin Union Pay ödəniş sisteminə qoşulması ölkədə nağdsız hesablaşmaların inkişafına öz töhfəsini verəcək, bankın plastik kart çeşidinin əhəmiyyətli dərəcədə artırılmasına, müştərilərə daha çox seçim imkanı yaradılmasına səbəb olacaq.
Qeyd edək ki, hazırda dünyada hər insana 2 plastik kart düşür. 2016-cı ilin yekunlarına görə dünya üzrə plastik kartların sayı 8% artaraq, 14 milyard ədədə çatıb ki, onun da 6 milyard ədədi Çinin Union Pay Int. ödəniş sisteminin payına düşür. Dövriyyədə olan kartların sayına görə Union Pay dünyada birinci yerdədir.
>Union Pay plastik kartları dünyanın 163 ölkəsində keçərlidir.
Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
XalqTV.com