Hallidey "Qəbələ"dən gedir?
"Qəbələ"nin yarımmüdafiəçisi Endi Hallidey yanvarda müqavilə ilə məxsus olduğu "Reyncers"ə qayıda bilər.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Britaniya mətbuatı yayıb.
Bildirilir ki, "qırmızı-qaralar" futbolçunu mövsümün sonuna qədər icarəyə götürsələr də, Şotlandiya klubu onu qış fasiləsində qaytarmaq niyyətindədir.
Təkcə Qrehem Dorrans və Kenni Millerin ümidinə qalmaq istəməyən baş məşqçi Qrim Merti həm yarımmüdafiə, həm də hücumdakı alternativi artırmaqda qərarlıdır. Bu üzdən baş məşqçi və klubun futbol direktoru Mark Allen icarə əsasında başqa komandada olan Endi Hallideylə Maykl Ohalloranı yanvarda qaytarmağın yollarını axtarır. Halbuki, bir müddət əvvəl çalışdırıcı Hallideylə bağlı fərqli fikirdə idi.
>Qeyd edək ki, Endi Hallidey 2015-ci ildən "Reyncers"ə məxsusdur.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində