idman

Hamşik: "2018-ci ildə skudettonu qazanmaq istərdim"

  • 27 Dec 2017
  • 276 baxış

"Napoli" və Slovakiya millisinin kapitanı Marek Hamşik artıq şərəfini qoruduğu klubun tarixinə düşüb. 30 yaşlı yarımmüdafiəçi "Sampdoriya" ilə oyunda fərqlənməklə Neapol klubunun tarixində ən sərrast futbolçu olub - 116 qol.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Hamşik mövsümün sonunda skudettonu qazanmaq arzusunda olduğunu da bildirib.

"2018-ci ildə zədəsiz keçinmək və skudettonu qazanmaq istərdim. Bu, mənim arzumdur. Düzü, inancla bağlı bəzi səbəblərə görə bu barədə əvvəldən danışmağa dəyməz. Amma "Napoli" ilə İtaliya çempionu olsam, növbəti il daha yaxşı alınacaq" - slovak futbolçu deyib.

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR