Siyasət

Nazir: "Tərəfləri Qarabağ məsələsində danışıqları davam etdirməyə çağırırıq"

  • 27 Dec 2017
  • 398 baxış

İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi Ermənistanın Tehrandakı səfiri Artaşes Tumanyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişəni müzakirə ediblər.

XalqTV.com report-a istinadən xəbər verir ki, səfir iranlı nazirə ölkəsinin müdafiə naziri Vigen Sarkisyanın salamlarını çatdıraraq, iki ölkə arasında müdafiə və təhlüksizlik sahələrində əlaqələrin indiki səviyyəsindən razı qaldıqlarını vurğulayıb.

Əmir Hatəmi bildirib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədi ilə balanslaşdırılmış siyasət yürüdür və tərəfləri danışıqları davam etdirməyə çağırır. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR