Siyasət

BMT-nin büdcəsi yüzmilyonlarla dollar azaldı

  • 27 Dec 2017
  • 333 baxış

BMT-nin Baş Assambleyası təşkilatın 2018-2019-cu illər üçün büdcəsini qəbul edib.

XalqTV.com xəbər verir ki, iki il ərzində BMT-nin illik büdcəsi 5,397 milyard ABŞ dollar təşkil edəcək. Bu rəqəm təşkilatın ötən iki il üçün olan büdcəsindən 286 milyon dollar azdır.

Qeyd edək ki, ABŞ BMT-nin əməliyyat büdcəsinə ödənişlərin həcmini azaldıb.

Xatırladaq ki, ABŞ-ın maliyyə ödənişi təşkilatın büdcəsinin (təqribən 3,3 milyard dollar) 22 faizini təşkil edir və bunun 28 faizi sülhün təmin edilməsi məsələlərinə ayrılır.

İlkin İzzət
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində      

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR