"Neftçi"nin oyunçusu meydanda huşunu itirdi
Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIV turun "Neftçi" - "Marafon Futsal" qarşılaşmasında insident baş verib.
XalqTV.com report-a istinadən xəbər verir ki, oyunun sonuncu dəqiqəsində "Neftçi"nin iralı legioneri Sadiq Cavid meydanın mərkəzində anidən huşunu itirərək yıxılıb.
Futzalçıya həm "Neftçi", həm "Marafon Futsal", həm də oyunların baş həkimi Esmiralda Ələkbərova tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım maşını ilə iranlı futzalçı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Dərhal tibbi müayinədən keçirilən oyuçunun hansısa orqanında çatışmazlıq, problem aşkarlanmayıb.
>Klubdan Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə verilən məlumata görə, gecəni xəstəxanada keçirən oyunçu bu gün evə buraxılacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində