idman
Səmədovanın komandası qalib gəldi
Qadın voleybolçular arasında İtaliya A seriyasında XII turun oyunları keçirilib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu "Skandiççi" "Modena"nı qəbul edib.
Qarşılaşma təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Səmədova əvvəlki turlarda olduğu kimi bu dəfə də oyunu azarkeş kimi izləyib.
>Qeyd edək ki, "Skandiççi" bu qələbədən sonra 3-cü pillədəki yerini qoruyub. Onların aktivində 27 xalı var.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR