idman

Fransanın ən yaxşı futbolçusu bəlli oldu

  • 26 Dec 2017
  • 230 baxış

Fransada ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, nüfuzlu "France Football" nəşrinin keçirdiyi sorğu nəticələri açıqlanıb.
 
Səsvermədə "Çelsi"nin yarımmüdafiəçi Nqolo Kante 92 səslə hər kəsi qabaqlayıb. Ondan cəmi 5 səs az yığan Kilian Mbappe ikinci olub. Üçüncü Karim Benzema isə 52 adamın etimadını qazanıb.
 
Qeyd edək ki, dayaq yarımmüdafiəçisi ötən mövsüm də İngiltərə Premyer Liqasının ən yaxşısı olmuşdu.

XalqTV.com

>

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR