İqtisadiyyat
Bu ölkə Azərbaycana ət, süd və bal ixrac edəcək
İyunun 1-dən etibarən Rusiyanın ət, süd və bal istehsalçıları məhsullarını Azərbaycana ixrac etmək imkanı qazanacaqlar.
XalqTV.com report.az-a istinadən bildirir ki, bununla bağlı Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət idarəsi ("Rosselxoznadzor") və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi arasında razılıq əldə olunub və baytarlıq sertifikatı imzalanıb.
Sənədə əsasən, Rusiya Azərbaycana mal, qoyun, keçi, donuz və quş əti, kolbasa, ət konservi, süd və süd məhsulları, təbii bal və digər arıçılıq məhsulları ixrac edəcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR