SAĞLAMLIQ

Evin havasını təmizləyən bitkilər: siz də saxlayın

  • 26 Dec 2017
  • 358 baxış

Bəzi bitkiləri evin havasını karbon monoksit kimi zərərli maddələrdən təmizləyərək yeniləyir.

XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">lent.az-a istinadən qulluğu və yetişdirilməsi çox asan olan bu bitkilər haqqında məlumatı təqdim edir.

Chrysanthemum
 
Ana vətəni Uzaq Şərq olan xrizantem rəngarəng çiçəkləriylə payızı rəngləndirən nadir bitkilərdən biridir. NASA-nın apardığı araşdırmalara görə, havanı təmizləmə təsiri də çox böyükdür. Evin içində yetişdirilən xrizantem evinizin havasını təmizləməyə kömək olacaq. Birbaşa günəş işığı almayan, ilıq bir mühitdə asanlıqla yetişdirilə bilər.
 
Chlorophytum comosum
 
Yetişdirilməsi asan olan çiçəklərdən biridir! İncə uzun, iti yarpaqları asanca böyüyür və arada-sırada uzandığı üçün budaqlardan da kiçik pöhrələr verir. Bu çiçəyi bol işıqlı bir yerdə yetişdirə bilərsiniz. İşıq nə qədər qüvvətlidirsə, gülünüz o qədər yaxşı inkişaf edəcək.
 
Draceana
 
Az qala qırx fərqli növü olan tropik bir bitki olan draceana evlərdə ən çox seçim edilən bitkilərdən biridir. Gur işığa ehtiyac duymur, evin havasındaki benzol, formaldehid kimi zərərli maddələri təmizləməyə kömək olar. Ancaq yarpaqları zəhərli olduğu üçün evdə pişik və it varsa, bu, sizin üçün uyğun bir bitki olmaya bilər.
 
Ficus - Benjamin
 
Kiçik yarpaqlı bir ağac olan ficus qonaq otaqları üçün ideal seçimdir. Nə qədər böyük bir saxsıya qoysanız, o qədər böyük bir ağac olar. Yay aylarında çöldə da saxlanan bu ağaclar evinizin içində evin havasını təmizləməyə kömək olar.
 
Spathiphyllum
 
Zərif ağ çiçəkləriylə evdə yetişdirilməyə ən uyğun olan bitkilərdən biridir. Qulluğu asan, az qala yay boyu çiçəkli və rahat bir ev üçün faydalıdır.
 
Nephrolepis
 
Bol su sevən bu bitki əslində bir növ meşə bitkisidir. Evinizdə birbaşa günəş almayan yerlərdə belə, yetişdirilə bilər. Həddindən artıq isti və ya soyuqdan qorunduğu təqdirdə uzun illər salonunuzu bəzəyər.
 
Sansevieria
 
Evlərdə görməyə vərdiş etdiyimiz bitki növlərindən biridir. "Peyğəmbər qılıncı" kimi də tanınır. Qulluğu asandır, çox işıq və su istəmir. Üstəlik, bir əfsanəyə görə, bu çiçəkdən yetişdirsəniz və boyunu bir metr qədər uzatsanız, ev sahibi olarsınız. Bu, doğru deyilsə belə, evinizin havasını təmizləməsi bir həqiqətdir.
 
Bamboo Palm
 
Daxili məkana uyğun, qəşəng bir mini-ağacdır. Çox günəşə məruz qalmadıqca uzun illər yaşaya bilər.
 
Aloe vera
 
Adını daha çox kosmetik məhsullarla eşidirsiniz. Aloe vera evdə yetişdirmək üçün də çox uyğun bir bitkidir. Yetişdirilməsi çox asandır. Havadakı formaldehit və karbon monoksidin zərərli təsirlərini azaldır. Üstəlik, yarpaqlardan əldə edəcəyiniz mayenin yara və yanıqlara çox yaxşı təsir etdiyi də sübut olunub.

>

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO