idman

Azərbaycan - Gürcüstan matçının keçiriləcəyi məkan müəyyənləşdi

  • 26 Dec 2017
  • 238 baxış

Futbol üzrə Gürcüstan və Azərbaycan yığmaları arasında keçiriləcək yoxlama matçının məkanı müəyyənləşib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, sözügedən matç Türkiyənin Antalya şəhərindəki "Mərdan Palace" stadionunda baş tutacaq.

Bu barədə Gürcüstan mətbuatı xəbər yayıb. Xəbərdə bu arenanın 7428 azarkeş tutumuna malik olduğu qeyd olunub.

>

Qeyd edək ki, Azərbaycan - Gürcüstan oyunu gələn il fevralın 2-də keçiriləcək. Bu qarşılaşma hər iki komanda üçün Avropa Millətlər Liqasına hazırlıq xarakteri daşıyır.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR