Dünya

18 milyard dollarlıq kriptovalyutanın yaradıcısı bütün payını satdı

  • 26 Dec 2017
  • 257 baxış

Ən böyük alternativ kriptovalyutalardan birinin yaradıcısı "maraqların toqquşması" səbəbindən rəqəmsal valyutadakı bütün payını satıb.

XalqTV.com moneta.az-a istinadən bildirir ki, Çarli Li bu barədə Reddit-də bəyan edib. O, yazdığı postda ötən günlərdə litecoin rəqəmsal valyutasında olan payını satdığını bildirib. O, bu addımı insanların tənqidindən - litecoin-nin qiymətinə öz tweet-ləri ilə təsir etməyə çalışmaqla bağlı - sonra atdığını deyib.

"Google"un və "Coinbase"in sabiq işçisi olan Li litecoin-i 2011-ci ildə bitcoin-ə daha ucuz bir alternativ kimi yaratmışdı.

CoinMarketCap.com-a istinadən, litecoin 18 milyard dollardan çox kapitallaşmasına görə kriptovalyutalar arasında 5-ci sıradadır.

>

Litecoin-nin qiyməti Bakı vaxtı ilə 12:17 radələrində 332.96 dollardır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR