Blan Fransanı 2018-ci il dünya çempionatının favoriti gömür
2010-12-ci illərdə Fransa millisinin baş məşqçisi olan Loran Blan komandanı qarşıdakı dünya çempionatının favoritləri sırasına daxil etməyib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəsis "xoruzlar"ın düşdüyü qrupu da qənaətbəxş hesab edib.
"Fransanın imkanlarını aşağı qiymətləndirmək istəməzdim. Titula aşkar namizədlər kimi İspaniya, Almaniya və Braziliyanı qeyd edərdim. Fransa onlardan sonra gəlir.
Püşkatma bizim üçün pis alınmadı. Maksimum güc qoymaqla yaxşı nəticə qazana bilərik. Millinin heyətinə baxın. Komanda əsasən xaricdə çıxış edən futbolçulardan təşkil olunub. Ciddi rəqib kimi qəbul olunuruq. Bu, yaxşı əlamətdir".
>1998-ci ilin dünya çempionları Rusiya mundialında C qrupunda mübarizə aparacaq. Fransızların rəqibləri Avstraliya, Danimarka və Peru olacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində