İqtisadiyyat

Nəqliyyatda gediş haqları ilə bağlı gözəl təklif - FOTO

  • 26 Dec 2017
  • 352 baxış

"BakıKart" ilə işləyən avtobusların sayı artdıqca dayanaqcaqlardakı aparatların önündə növbələr də uzanır. Elə buna görə hər dəfə karta gediş üçün vəsait yükləmək məqsədilə xeyli vaxt sərf etməli oluruq. Bəzi hallarda bütün dayanacaqlarda belə aparatlar olmadığından digər dayanacağa qədər piyada getməkdən savayı əlacımız qalmır. Ən yaxşı halda digər sərnişindən əvəzimizdən ödəniş etməsini xahiş edib, onun lütfkarlığına sığınmalı oluruq. Dayanacaqdakı aparatlarda texniki problem yarandıqda isə vəziyyət daha da qəlizləşir. Metropolitendə belə aparatların sayı çox olsa da, avtobus dayanacaqlarında onların sayı 1-dən çox deyil. Bəzi dayanacaqlarda quraşdırılan MilliÖn aparatlarının dəstəyi də yetərli deyil.

/>

XalqTV.com xəbər verir ki, bunu maliyyə məsələləri üzrə iqtisadçı-ekspert Samir Əliyev bildirib.

/>

İqtisadçı kartlara yüklənmənin rahatlığı, eləcə də gedişin həm sərnişin, həm də daşıyıcı üçün sərfəli olması məqsədilə yeni tarif sisteminin tətbiq edilməsini təklif edib:

/>

>

"Şəhər nəqiyyatında nağdsız ödənişə keçməsi təqdirəlayiqdir. Əhali demək olar ki, bu sistemə tam öyrəşib. Bunun üçün müəyyən qədər infrastruktur da qurulub. Ancaq bu infrastruktur köhnəldikcə daha çox yatırım tələb edəcək. Təsəvvür edin bir dayanacaqdan aparatın bir neçə saat işləməməsi sərnişinlərin işini nə qədər çətinləşdirir. Xarici ölkələrdə də dayanacaqlarda adətən 1-2 aparat quraşdırılır. Ancaq orada bizdəki kimi növbələr yoxdur. Niyə? Səbəb çox sadədir. Xarici ölkələrdə differensial tarif sistemi tətbiq edilir. Adətən, tarif bir gedişlik, günlük (sutkalıq), həftəlik, aylıq, hətta illik olur. Gediş sayı artdıqca bir gedişin dəyəri də aşağı düşür. Məsələn, bir gedişin haqqı 1 avrodursa, aylıq ödəniş zamanı tarif aşağı düşür və bir gediş haqqı təxminən 50 sentə qədər ucuzlaşır. Burda həm əhali qazanır ki, xərcləri azalır, həm də aparatların qarşısında vaxt itirmirlər. Nəqliyyat şirkətlərinin qazancı isə qısa müddətdə böyük məbləğdə birdəfəlik əldə vəsait etmələri olur. Azərbaycanda da, nəhayət ki sərnişindaşımada differensial tarif sisteminə keçilməlidir. Əgər birdəfəlik gediş haqqı 20 qəpikdirsə, niyə aylıq gediş 15 qəpiyə olmasın?!"

/>

Bundan əlavə ekspertin fikrincə, sərnişinlərin rahatlığı üçün ödənişin digər vasitələrlə də həyata keçirirlməsi yaxşı olardı: "Əhali hələ də "BakıKart" kartından asılı vəziyyətdədir. İtirdikdə və ya təsadüfən evdə unutduqda yenisini almaq məcburiyyətində qalır. Halbuki, çıxış yolu ödəniş sistemini digər kartlara da uyğunlaşdırmaqdır. Bunun üçün debet (maaş, pensiya və s.) və kredit kartları, eyni zamanda mobil telefon vasitəsilə ödənişə imkan verən NFC (Near-field communication) sisteminin tətbiqinə başlanmalıdır.

Şəhərdaxili sərnişindaşımada gediş haqlarının artırılması zaman məsələsidir. Bu addım, xüsusilə də əhalinin sosial baxımdan həssas təbəqəsinə mənfi təsir edəcək. Hökumət indi etməsə də, qiymət artımı zamanı differensial tarifi tətbiq etməklə artımın əhaliyə neqativ təsirini bir qədər azalda bilər".

İlkin İzzət
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR