UEFA-dan reytinq: Azərbaycan 6-cı pillədə
UEFA başa çatmaqda olan 2017-ci ilə yekun vurub.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, qurum müxtəlif reytinq siyahıları üzrə 10 ən yaxşını açıqlayıb.
Avrokubokların son 5 mövsümü üçün hesablanan klub və assosiasiya reytinqləri, həmçinin ölkələrin cari yarışlardakı əmsalları və qadınların qitəmiqyaslı yarışlarındakı siyahıda ilk "onluq"da yer alanlar qeyd olunub. Eyni zamanda əsas yığmalar üçün analoji cədvəllər bəlli olub.
Söhbət kişi, qadın və futzal yığmalarının 10 ən yaxşısından gedir. Yeddi müxtəlif "onluq"dan yalnız birində Azərbaycan təmsil olunub. Belə ki, futzal yığmamız fərqlənənlər sırasına düşüb. UEFA əmsalı 7,544-ə bərabər olan komandamız Avropada 6-cı pillədə qərarlaşıb.
Ümumiyyətlə isə liderlərə nəzər salsaq, İspaniya, Almaniya və İngiltərə hərəyə 2, Rusiya 1 siyahıya başçılıq edir.
UEFA-nın klub reytinqi (son 5 mövsümün əmsalı)
1. Real (İspaniya) - 148,000
2. Barselona (İspaniya) - 126,000
3. Bavariya (Almaniya) - 125,000
4. Atletiko (İspaniya) - 122,000
5. Yuventus (İtaliya) - 120,000
6. PSJ (Fransa) - 109,000
7. Sevilya (İspaniya) - 108,000
8. Mançester Siti (İngiltərə) - 97,000
9-10. Borussiya (Dortmund, Almaniya) - 95,000
9-10. Benfika (Portuqaliya) - 95,000
UEFA-nın assosiasiyalar üçün klub reytinqi (son 5 mövsümün əmsalı)
1. İspaniya (Liga) - 98,284
2. İngiltərə (Premyer Liqa) - 71,748
3. italiya (A seriyas) - 69,749
4. Almaniya (Bundesliqa) - 67,750
5. Fransa (Liqa 1) - 52,415
6. Rusiya (Premyer Liqa) - 50,182
7. Portuqaliya (Liqa) - 44,582
8. Ukrayna (Premyer Liqa) - 39,133
9. Belçika (Birinci Liqa) - 38,500
10. Türkiyə (Superliqa) - 34,800
UEFA-nın assosiasiyalar üçün klub reytinqi (cari mövsümün əmsalı)
1. İngiltərə (Premyer Liqa) - 12,214
2. İspaniya (Liqa) - 11,000
3. İtaliya (A seriyası) - 10,833
4. Rusiya (Premyer Liqa) - 9,400
5. Fransa (Liqa 1) - 7,500
6-7. Kipr (Birinci Divizion) - 7,000
6-7. Portuqaliya (Liqa) - 7,000
8. Avstriya (Bundesliqa) - 6,750
9-10. Almaniya (Bundesliqa) - 6,000
9-10. Ukrayna (Premyer Liqa) - 6,000
UEFA-nın assosiasiyalar üçün qadın klub reytinqi (cari mövsümün startınadək olan əmsal)
1. Almaniya (Frauen Bundesliqa) - 86,000
2. Fransa (Divizion 1 Feminin) - 80,000
3. İsveç (Damallsvenskan) - 61,500
4. İngiltərə (FA Superliqa) - 53,000
5. İspaniya (Liqa) - 44,000
6. Danimarka (Elitedivizionen) - 38,500
7. İtaliya (A seriyası) - 37,000
8. Rusiya (Premyer Liqa) - 35,500
9-10. Çexiya (1-ci Liga) - 33,000
9-10. İsveçrə (Nationalliqa A) - 33,000
UEFA milli komandalar reytinqi
1. Almaniya - 40,747
2. Portuqaliya - 38,655
3. Belçika - 38,123
4. İspaniya - 37,311
5. Fransa - 36,617
6. İngiltərə - 36,231
7. İsveçrə - 34,986
8. İtaliya - 34,426
9. Polşa - 32,982
10. İslandiya - 31,155
UEFA qadın milli komandalar reytinqi
1. İngiltərə - 43,120
2. Hollandiya - 41,391
3. Fransa - 40,775
4. İsveçrə - 39,681
5. İspaniya - 39,340
6. Almaniya - 38,881
7. İsveç - 38,274
8. Şitlandiya - 37,083
9. İtaliya - 36,366
10. Belçika - 35,622
UEFA futzal üzrə milli komandalar reytinqi
1. Rusiya - 10,605
2. İspaniya - 10,017
3. Portuqaliya - 9,250
4. İtaliya - 8,889
5. Ukrayna - 7,944
6. Azərbaycan - 7,544
7. Sloveniya - 6,389
8. Qazaxıstan - 6,333
9-10. Xorvatiya - 5,556
9-10. Serbiya - 5,556
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində