idman
Millimizdən 3-cü qələbə
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, yığmamız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan təlim-məşq toplanışında 3-cü sınağına çıxıb.
Komandamız bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. Millimizin 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda qolları Nigar Mirzəliyeva, Melis Ersoy, Alina Nəhmədova və Aslan Beyzanur vurub.
>Qeyd edək ki, yığmamız ilk iki oyunda 2:0 və 3:0 hesabı ilə qələbə qazanmışdı.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR