İqtisadiyyat

Azərbaycanda dolların gələn ilə gözlənilən məzənnəsi açıqlandı

  • 26 Dec 2017
  • 351 baxış

Azərbaycanda "üzən məzənnə" rejiminin tətbiqi bu il olduğu kimi, gələn il də formal xarakter daşıyacaq.

XalqTV.com xəbər verir ki, bu barədə "Renkinq"ə Azərbaycan Mərkəzi Bankındakı mənbə bildirib.

Onun sözlərinə görə, tənzimləyici qurum 2018-ci ildə də ABŞ dollarının məzənnəsini diktə edəcək və valyuta ehtiyatlarını artırmağa çalışacaq.

>

"Çox güman ki, gələn il Amerika valyutasının məzənnəsi 1,7 manatlıq həddən çox kənarlaşmayacaq. Bununla belə, dünya bazarında neftin qiymətindən və valyuta bazarında tələb-təklifdən asılı olaraq dolların qiyməti 1,6-1,8 manat arasında dəyişə bilər", - deyə mənbə qeyd edib. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR