idman
"Səbail"də daha bir ayrılıq
"Səbail" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Yamin Ağakərimzadənin müqaviləsinə vaxtından əvvəl xitam verilib. Bununla bağlı tərəflər arasında qarşılıqlı razılıq əldə olunub. Futbolçuya azad agent statusu verilib.
"Səbail" qış fasiləsində Amit Quluzadə və litvalı Eqdaras Jarskislə yollarını ayırıb. Təyyar Məmmədovun isə icarə müqaviləsinin müddəti uzadılmayıb.
>XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR