Dünya
Güclü külək Saxalini işıqsız qoydu
Rusiyanın Saxalin vilayətində güclü külək və qar yağması nəticəsində 5,5 minə yaxın sakin işıqsız qalıb.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, kəskin hava şəraiti ilə əlaqədar vilayət ərazisində elektrik verilişində fasilələr yaranır.
Qeyd olunur ki, Yujno-Saxalinsk, Makarov şəhərlərinin və daha 4 qəsəbənin sakinləri işıqsız qalıb.
>Elektrik təchizatının bərpa olunması üçün 4 briqada cəlb edilib. Hazırda bölgədə havanın -4 dərəcə təşkil etdiyi bildirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR