Kapello: "İbrahimoviç qapıya dəqiq zərbə vura bilmirdi"
Tanınmış futbol məşqçisi Fabio Kapello "Sky İtalia" kanalına maraqlı açıqlamalar verib. İtalyan mütəxəsis Zlatan İbrahimoviç və Ronaldo haqqnda fikirlərini bölüşüb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Kapello 2004-cü ildə İbrahimoviç "Yuventus"a transfer olunduğu çatışmazlığından danışıb.
"İbrahimoviç "Yuventus"a gələndə qapıya dəqiq zərbə vurmaqda zəif idi. Mino Rayola mənə dedi: "Zlatan, həqiqətən, güclüdür. Onun zərbələri qapıçıların əlini sındırır". "Qulaq as, İbrahimoviç təkcə məşq zalının pəncərəsini sındırıb" - ona cavab verdim. Zlatan bundan sonra zərbələr üzəridə işləməyə başladı. Hamının bildiyi kimi, bu baxımdan çox irəlilədi.
>İşlədiyim ən yaxşı futbolçu braziliyalı Ronaldo olub. Təəssüf ki, onunla karyerasının son illərində, çəkisi 96 kq olanda çalışmışam. Bir dəfə ondan 2002-ci il dünya çempionatında hansı çəkidə olduğunu soruşdum. 84 kq olduğunu dedi. "Ən azından 88 kq-a kimi çəki at" -dedim. İstənilən halda, Ronaldo böyük futbolçu idi.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində