idman

""El Klasiko"da məğlubiyyət 2017-ci ilə kölgə salmayacaq"

  • 24 Dec 2017
  • 254 baxış

"Real Madrid"in kapitanı Serxio Ramos La Liqanın 17-ci turunda başa tutan "El Klasiko" ilə bağlı fikirlərini bölüşüb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi bunları deyib:

"Birinci hissədə biz yaxşı görünürdük. Hesabda önə keçmək üçün imkanlarımız vardı, amma alınmadı. İkinci hissəni tamamilə başqa cür keçirdik. "Real"ın tarixi və emblemi sona qədər mübarizə aparmağı tələb edir. Çempionatdakı vəziyyətimiz qəlizdir. Kimsə qeyri-mümkün olduğnu düşüə bilər. Lakin sona qədər mübarizəni davam etdirəcəyik. Bu yenilginin fəsadlarını dərk edirik. Amma məğlubiyyət bizim üçün 2017-ci ilə kölgə salmayacaq. Bu il "Real" üçün möhtəşəm alındı.

>

Kovaçiç? "Kamp Nou"da son derbidə özünü yaxşı tərəfdən göstərmişdi. Bu oyunun ilk yarısında da pis deyildi. Luis Suarezə qarşı qayda pozuntusu? İndi Barselonada deyəcəklər ki, Karlos Puçdemonla birlikdə həbsxanada oturmalıyam. Amma onu vurmaq niyyətim yox idi".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR