Dünya
BMT Baş Assambleyası təşkilatın ikiillik büdcəsini təsdiqləyib
BMT Baş Assambleyası bu gün ümumdünya təşkilatının 2018-2019-cu illər üçün büdcəsini təsdiq edib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, təsdiq olunan budcə 5,39 milyard dollar təşkil edir. Bu göstərici əvvəlki ikiillik büdcə ilə müqaisədə 166 milyon dollar azdır.
Büdcənin layihəsi Baş Assambleyanın 5-ci komitəsi tərəfindən hazırlanıb.
>Büdcənin azaldılmasının əsas tərəfdarı ABŞ olub - ştatlar büdcəni 250 milyon dollar azaltmaq istəyib. ABŞ BMT-nin Fələstində, Liviya və Əfqanıstanda missiyalarını azaltmağı, təşkilatın bəzi inkişaf proqramlarında, yeni işçilərin işə götürülməsində, həmçinin personalın maaşlarında qənaət etməyi təklif edib.
XalqTV.com
RƏYLƏR