Qılıncoynatma üzrə ölkə çempionatının qalibləri müəyyənləşib - FOTO
Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılıncoynatma üzrə ölkə çempionatı keçirilib.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Vasif Məmmədov iştirakçıları salamlayaraq, yarışları açıq elan edib.
Beynəlxalq Qılıncoynatma Federasiyasının müvafiq qaydalarına uyğun keçirilən çempionatda 73 idmançı sablya, rapira və şpaqa növlərində mübarizə aparıblar. Sablya növündə yarışda kişilərin mübarizəsində Abdulla Həsənov, qadınlar arasında isə Sevil Bünyatova qızıl medala sahib olublar. Rahim Əmirov və Məhin Məlikova rapira yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Şpaqa növündə isə Barat Quliyev və Elmira Xudaverdiyeva fərqləniblər.
>Çempionatın qalibləri AQF tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.
XalqTV.com