Dünya

Fransada terrorçuluğun təbliğində şübhəli bilinən şəxs saxlanılıb

  • 24 Dec 2017
  • 259 baxış

Fransada terrorçuluğun təbliğində şübhəli bilinən şəxs saxlanılıb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bu barədə Kataloniya polisi məlumat yayıb.

Məlumata əsasən, saxlanılan 32 yaşlı Əlcəzair vətəndaşıdır. Saxlanılan şəxs Barselonada olduğu müddətdə sosial şəbəkələrdə terrorçulağa çağırışlar edirdi.

>

Saxlanılan şəxsə qarşı araşdırma ötən il başlayıb. Daha əvvəl İspaniya Milli Məhkəmə Kollegiyası Əlcəzairlinin həbsinə beynəlxalq order verib.

Qeyd edək ki, hazırda İspaniyada 5 mümkün terror təhlükəsi səviyyəsindən 4-cü elan edilib. Ölkədə mütəmadi olaraq ekstremistlərin saxlanılması istiqamətində əməliyyatlar keçirilir. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2015-ci ildən terrorçuluqla əlaqədə şübhəli bilinən 200-dən artıq adam həbs olunub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR