idman
"Mançester Siti" məğlubiyyətsiz oyunlar seriyasını 17-yə çatdırıb
"Mançester Siti" İngiltərə Premyer Liqasının 19-cu tur matçında evdə "Bormunt"u darmadağın edib.
XalqTV.com report.az-a istinadən bildirir ki, görüş 4:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
"Şəhərlilər" Rahim Sterlinq, Danilo qolları və Serxio Aqueronun dublu sayəsində qələbə qazanıblar.
>Bununla da, "Mançester Siti" İngiltərə çempionatında məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib və 17 matç ardarda meydanı məğlub olmadan tərk edib. Hazırda komanda 55 xal ilə turnir cədvəlinin birinci pilləsində qərarlaşıb və ən yaxın izləyicisi "Mançester Yunayted"i 14 xal qabaqlayır.
XalqTV.com
RƏYLƏR