idman

11 Rusiya idmançısına ömürlük qadağa tətbiq edilib

  • 23 Dec 2017
  • 249 baxış

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2014-cü il Soçi Qış Olimpiadasında dopinqdən istifadə etdikləri iddia olunan daha 11 Rusiya idmançısına ömürlük qadağa tətbiq edib.

XalqTV.com "Amerikanın səsi"nə istinadən bildirir ki, BOK-un 22 dekabr bəyanatında deyilir ki, konkisürənlər İvan Skobrev və Artyom Kuznetsov; kirşəçilər Tatyana İvanova və Albert Demçenko; sərbəst və düzənlik xizəkçiləri Nikita Kryukov, Aleksandr Bessmertnıx və Natalya Matveyeva; bobsleyçilər Lyudmila Udobkina və Maksim Belugin; xokkeyçilər Tatyana Burina və Anna Şukina iştirak etdikləri idman yarışlarından diskvalifikasiya olunublar.

Bu isə o deməkdir ki, bu idmançılar medallarından məhrum ediliblər və onların gələcək Olimpiya yarışlarında iştirakı qadağan olunub.

BOK-un İntizam Komissiyası bildirib ki, ümumilikdə 11 Rusiya idmançısı Olimpiadalar və onlarla bağlı hər hansı turnirlər üçün bütün gələcək akkreditasiyalardan məhrum edilirlər.

>

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR