SAĞLAMLIQ

Məşhur ixtiraçı alimin müəllimi - öz anası idi

  • 23 Dec 2017
  • 377 baxış

Məşhur ixtiraçı alim Edison kiçik olan zaman heç bir xüsusi istedad nümayiş etdirmirdi. Uşağın başı həddən artıq böyük idi və başqaları ona xəstə kimi baxırdılar. Ətrafında olanlardan qəribə suallar soruşardı. Hətta mədrəsədə müəllimlər onu ağıldan kəm hesab edirdilər.

O, cəmi üç ay məktəbdə təhsil ala bilmişdi. Müəllimlərin ona münasibəti onu çox pərişan edir və evə ağlayaraq gəlir. Məktəbdə baş verənləri anasına danışır.
 
XalqTV.com deyerler.org-a istinadən bildirir ki, anası uşağın əlindən tutur və məktəbə aparır. Edisonun müəlliminə deyir: "Sən nə dediyini bilmirsən, mənim oğlumun ağlı hətta səndən belə, çoxdur. Mən onu evə aparıram. Təlim və tərbiyəsi ilə özüm məşğul olacağam. Sənə göstərəcəyəm ki, onun nə qədər istedadı vardır".
 
O gündən sonra o fədakar ana özü oğlunun təhsili ilə məşğul olur.
 
Edisonun ailə dostlarından biri nəql edir: Bəzi vaxtlar onların evinin önündən keçirdim və görürdüm ki, anası onu qarşısına qoyub dərs keçirdi. Edison onun tək şagirdi idi. O, anasını çox istəyirdi. Nə zaman anası danışaydı, ona diqqətlə qulaq asardı. Edison anasının sayəsində 9 yaşında dünyanın məşhur alimlərinin kitablarını oxuyardı. Anası ona ədəbiyyatla yanaşı, cöğrafiyanı, tarixi, hesabı da öyrədərdi.
 
Edison baxmayaraq ki, məktəbə cəmi üç ay getmişdi, nə öyrənmişdisə, anasından öyrənmişdi. Anası kamil bir müəllim idi. O, oğlunun istedadlarını üzə çıxartmağa çalışırdı.
 
O zaman ki, Edison elmin zirvəsinə çıxır, deyir: "Mən uşaq vaxtından başa düşmüşəm ki, ana necə də gözəl insandır. O zaman ki, müəllim məni kütbeyinli adlandırmışdı, o, məni müdafiə etmişdi. Mən də ciddi şəkildə qərara gəlmişdim ki, onun mənimlə bağlı gümanlarını puç etməyəm.
 
Anamın mənə verdiyi təlim-tərbiyənin təsiri məni heç bir zaman tərk etmir. Əgər o məni təşviq etməsəydi, yəqin ki, kəşf əhli olmazdım. Anam bu əqidədə idi ki, əgər uşaqların kiçik yaşlarından təlim-tərbiyəsinə diqqət edilsə, cəmiyyətdə puç insan olmaz. Əgər anamın mənə diqqəti olmasaydı, güclü ehtimalla yolumu azardım. Ancaq onun əzmi, sabitqədəm olması məni yolumu azmaqdan saxladı".

XalqTV.com

>

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO