idman

Messi Ronaldunu geridə qoydu

  • 23 Dec 2017
  • 263 baxış

"Barselona" futbol klubunun İspaniya çempionatının 17-ci turunda "Real" ilə baş tutan oyunda fərqlənən hücumçusu Lionel Messi bu il vurduğu qolların sayını 54-ə çatdırıb və bu göstəriciyə görə liderdir.

XalqTV.com  "Report"a istinadən bildirir ki, argentinalı 2017-ci ildə 53 qol vuran "Real"ın hücumçusu Kriştianu Ronaldunu qabaqlaya bilib.

Messi başa çatmaqda olan 2017-ci ildə "Barselona"da 50, Argentina yığmasının heyətində isə 4 qol vurub. Ronaldunun hesabında isə "Real"a görə 42, Portuqlaliya millisinə görə isə 11 qol var.

Bir təqvim ilində Robert Levandovski ("Bavariya") və Edison Kavani (PSJ) də Ronaldu qədər qol vurub.

>

Yuxarıda adları hallanan futbolçular bu il daha oyun keçirməyəcəklər, "Tottenhem Hotspur" klubunun hücumçusu Harri Keynin isə (50 qol) hələ iki matçı qalıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR