Siyasət

"Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll olunmalıdır" - Federika Mogerini

  • 23 May 2017
  • 221 baxış

Avropa İttifaqı (Aİ) hesab edir ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqlı deyil və münaqişə tez bir zamanda beynəlxalq hüquq normaları çərçivəsində siyasi yolla həll olunmalıdır.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan-Aİ Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Federika Mogerini deyib.

O qeyd edib ki, Aİ bu münaqişənin həllində ATƏT Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini tam dəstəkləyir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR