11 idmançıya ömürlük cəza
Beynəlxalq Olimpiya Komitəsi Osvald komissiyasının dopinq araşdırmaları ilə bağlı daha 11 idmançını cəzalandırıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarının iştirakçısı olan rusiyalı atletlərə ömürlük cəza verilib.
Bunlar xizəkçilər Nikita Kryukov, Aleksandr Bessmertnıx, Natalya Matveyeva, kirşəçilər Albert Demçenko, Tatyana İvanova, konkisürənlər İvan Skobrev, Artyom Kuznetsov, bobsleyçilər Lüdmila Udobkina, Maksim Beluqin, hokkeyçilər Tatyana Burina və Anna Şukinadı.
>Bu idmançıların Soçi-2014-dəki nəticələri ləğv olunub. Demçenkonun gümüş medalı əlindən alınıb. Onun Tatyana İvanova, Aleksandr Denisov və Vladislav Antonovla birlikdə estafetdə qazandığı gümüş də hesabdan silinib.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində