idman
"Beşiktaş" Xorvatiya millisinin futbolçusu ilə müqavilə bağladı
Türkiyənin "Beşiktaş" klubu Xorvatiya millisinin futbolçusu Domaqoy Vidanı heyətinə qatıb.
XalqTV.com report-a istinadən xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.
idanın Kiyev "Dinamo"su ilə sözləşməsinin müddəti başa çatdığı üçün transfer pulu ödənilməyəcək. Xorvatiyalı futbolçu 2018-ci il yanvarın 3-də "Beşiktaş"ın Antalya toplanışına qoşulacaq.
>Qeyd edək ki, Vida daha əvvəl vətənində "Osiek"lə Zaqreb "Dinamo"sunun və Almaniyanın "Bayer" klublarının formasını geyinib. O, 2010-cu ildən çıxış etdiyi Xorvatiya yığmasında 42 oyun keçirib və 1 qol vurub.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR