Pike: "Qızıl top"u Buffon qazansaydı, əla olardı"
"Barselona"nın müdafiəçisi Jerar Pike təcrübəli qapıçı Canluici Buffonun "Qızıl top"a layiq olduğunu deyib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, katalon futbolçu İtaliya telekanallarından birinə açıqlamasında bəzi məsələlərə toxunub.
"Qızıl top"u Buffon qazansaydı, əla olardı. O, İtaliya çempionatı, dünya çempionatının qalibidir. İndisə Çempionlar Liqasında titula sahib çıxmaq imkanı var. Buffon həmin mükafatı karyerasına və "Yuventus"da keçirdiyi son mövsümə görə haqq edir. Lev Yaşindən sonra "Qızıl top" yenidən qapıçıya təqdim olunsa, maraqlı olardı. "Qızıl top"a kim sahib çıxa bilər? Messi dünyada və futbol tarixində ən yaxşıdır. Bu mövsüm ən yaxşı bombardir kimi ona "Qızıl buts" təqdim ediləcək. O, hər iki mükafata layiqdir. Çempionlar Liqasının finalı 2 gözəl komandanın dueli kimi yadda qalacaq. "Yuventus" xeyli zamandır inkişafdadır. Onların Buffon kimi möhtəşəm futbolçuları var ki, bu turnirdə ilk dəfə qalib olmaq arzusundadır".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində