idman

"Napoli"nin futbolçusu Hiquaini hörmətsizlikdə ittiham etdi

  • 22 Dec 2017
  • 273 baxış

"Napoli"nin yarımmüdafiəçisi Lorenzo İnsinye sabiq komanda yoldaşı Qonzalo Hiquaini tənqid edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, italiyalı futbolçu onu 15-ci turda "Yuventus"un heyətində fərqlənməsindən sonra keçmiş komandasına hörmətsizlik göstərməkdə ittiham edib.

"Hiquainə sözlərimi indi deyə bilmərəm, amma məni başa düşdü. Çox məyus idim. O, 3 il "Napoli"də oynadı.. Sonra istədiyi seçimi etdi. Hiquain ötən mövsüm Turində bizə qol vurandan sonra qeyd etməmişdi. Amma Neapolda fərqlənəndən sonra bunu nəzərə almadı. O, keçmiş komanda yoldaşlarına hörmət etməlidir. Qonzalo bizim dostumuz olduğunu iddia edir. Oyundan əvvəli bəzi yoldaşlarımıza ismarıc atır. Lakin qol vurandan sonra bizim qabağımızda qeyd etməyə başlayır. Bu hörmətsizlikdir".

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR