Nazir: Azərbaycanın qeyri-neft sektoru 2017-ci ildə uğurla inkişaf edib
Azərbaycanın qeyri-neft sektoru 2017-ci ildə uğurla inkişaf edib.
XalqTV.com Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev sahibkarlığın inkişafı və "Made in Azerbaijan" brendinin təşviqinə həsr olunmuş tədbir zamanı deyib.
Nazir qeyd edib ki, bu il iqtisadiyyatın inkişafı üçün vacib addımlar atılıb və bu istiqamətdə yaxşı nəticələr əldə olunub: "2017-ci ilin 11 ayı ərzində Azərbaycanın qeyri-neft iqtisadiyyatı 2,1 faiz, qeyri-neft sənayesi 3,5 faiz, kənd təsərrüfatı isə 4,2 faiz artıb".
>Ş.Mustafayev vurğulayıb ki, bu il müxtəlif infrastruktur layihələri reallaşdırılıb, dövlət dəstəyi mexanizmləri uğurla tətbiq edilib.
Nazir həmçinin sahibkarlıq fəaliyyətinin yoxlanılmasına moratorium məsələsinə toxunaraq deyib ki, 25 ay ərzində yalnız 143 yoxlama həyata keçirilib. Bundan əvvəlki 25 ay ərzində isə yoxlamaların sayı 121 mini keçmişdi.
XalqTV.com