"Roma" "tamam", "Yuventus" "davam" dedi
İtaliya kubokunda da bütün ¼ finalçıların adı müəyyənləşib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, 1/8 final mərhələsinin sonuncu oyun günündə 3 matç baş tutub.
Çempionlar Liqasının qrupunda "Qarabağ"ın rəqibi olmuş "Roma" "Torino" ilə bacarmayıb. "Cenoa" ilə üz-üzə gələn "Yuventus" argentinalı futbolçuları Paulo Dibala və Qonsalo İquainin qolları sayəsində adını növbəti mərhələyə yazdırıb. "Atalanta" isə "Sassuolo"dan güclü olub.
¼ finalda "Latsio" - "Fiorentina" (26 dekabr), "Milan" - "İnter" (27 dekabr), "Napoli" - "Atalanta" (2 yanvar) və "Yuventus" - "Torino" (3 yanvar) matçları keçiriləcək.
İtaliya kuboku ¼ final
>20 dekabr
"Atalanta" - "Sassuolo" - 2:1
Qollar: Kornelius 16; Toloi, 33 - Toloi, 74 (avtoqol)
"Roma" - "Torino" - 1:2
Qollar: Şik, 85 - De Silvestri, 39; Edera, 73
"Yuventus" - "Cenoa" - 2:0
Qollar: Dibala, 42; İquain, 76
XalqTV.com