idman

Azərbaycanda boksun banisinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir başlayır

  • 21 Dec 2017
  • 275 baxış

Bu gün Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə start veriləcək.

XalqTV.com xəbər verir ki, Azərbaycan Boks Federasiyasından (ABF) report-a verilən məlumata görə, yarış 4 gün davam edəcək.

ABF-nin idman zalında baş tutacaq turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları çıxış edəcəklər.

Ümumilikdə 114 boksçunun qatılacağı və 10 çəki dərəcəsi üzrə keçiriləcək yarışda Azərbaycan 3 komanda ilə təmsil olunacaq.

>

Qeyd edək ki, döyüşlər bu gün saat 16:00-da başlayacaq. Final qarşılaşmaları isə dekabrın 24-nə təsadüf edəcək. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR