idman

"Arsenal"ın sabiq ulduzu futboldan getdi

  • 21 Dec 2017
  • 243 baxış

Çexiya millisi və "Arsenal" klubunun sabiq futbolçusu Tomaş Rositski karyerasını başa vurub.

XalqTV.com goal.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi futbol meydanlarından keçən 19 illik yolunu bitirməsi haqqında bunları deyib:

"Bu günün gec-tez çatacağını bilirdim. Oyunlara hazırlaşmaq getdikcə çətinləşir. Beynim oynamaq iqtidarında olduğumu deyir, bədənim isə əksini göstərir. Əla futbolçu karyeram olub. Bu idmanı sevirəm. Sözsüz ki, keçmiş anları yenidən yaşamaq istərdim".

>

Tomaş Rositski klub səviyyəsində 3 komanda - "Sparta" (1998-2001, 2016-17), "Borussiya Dortmund" (2001-06) və "Arsenal"ın (2006-16) şərəfini qoruyub. Rositski bu klublarda ümumilikdə 474 rəsmi oyunda meydana çıxıb. Onun aktivində 58 qol, 70 məhsuldar ötürmə var. Çexiya millisində 105 oyun keçirən veteran futbolçu 23 qolun müəllifidir. Onun son klubu Praqa "Sparta"sı olub.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR