Dünya
ABŞ Konqresi vergi islahatına dair qanun layihəsini qəbul edib
ABŞ Konqresinin hər iki palatası sahibkarlıq və fiziki şəxslər üçün vergi dərəcəsinin azaldılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, qanun layihəsinin qüvvəyə minməsi üçün sənədi prezident Donald Tramp imzalamalıdır.
Qeyd olunan dəyişiklik ABŞ-da son 30 ildə ən irimiqyaslı vergi islahatıdır. Belə ki, şirkətlər üçün hazırda 35% təşkil edən vergi dərəcəsi 2018-ci ildən etibarən 21%-ə endiriləcək.
>Sosial səhifələrdə paylaş
XalqTV.com
RƏYLƏR