Dünya

Tramp: "Koalisiya Suriya və İraqın demək olar ki, bütün ərazisini İŞİD-dən azad edib"

  • 20 Dec 2017
  • 254 baxış

ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya Suriya və İraqın demək olar ki, bütün ərazisini İŞİD-dən azad edib.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Hazırda koalisiya terrorçuların nəzarəti altında olan demək olar ki, bütün ərazisini azad edib. Biz 100%-ə yaxınıq və bu ölkələr terrorçulardan tam təmizlənəcək", deyə D.Tramp vurğulayıb.

>

Qeyd edək ki, bundan əvvəl koalisiya İraq və Suriyada üç İŞİD liderinin məhvi barədə məlumat yayıb. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR