Dünya
İŞİD Misirdə hava limanına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD terror qruplaşması Misirin Əl-Əriş şəhərində hava limanına edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb
XalqTV.com APA-ya istinadən xəbər verir ki, silahlıların hava limanını atəşə tutması nəticəsində Misir Silahlı Qüvvələrinin zabiti həlak olub, daha ikisi yaralanıb.
>Qeyd edək ki, əl-Əriş şəhəri Sinay yarımadasının şimalında yerləşir. Misir ordusu Sinay yarımadasının şimalında iki ildir ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.
XalqTV.com
RƏYLƏR