idman
"Dəniz Yılmaz gündəmimizdə yoxdur"
Millimizin hücumçusu Dəniz Yılmaz çıxış etdiyi "Bursaspor"dan ayrılacaq.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, forvardla maraqlandığı klublardan biri də "Osmanlıspor"un olduğu bildirilsə də, komandanın baş məşqçisi İrfan Buz açıqlamasında Dənizlə maraqlanmadıqlarını deyib:
"Çempionatda istədiyimiz kimi çıxış etmirik. "Beşiktaş"la oyunda darmadağın olduq. O qarşılaşmanın şokunu yaşayırıq. Bu şoku "Akhisar"la matçda atmağa çalışacağıq. Daha sonra isə transferlərə baxacağıq. Ancaq Dəniz Yılmaz bizim gündəmimizdə yoxdur".
>XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR