idman

PSJ-nin oyununda iştirak edən "nindza tısbağalar"a cəza veriləcək - VİDEO - FOTO

  • 20 Dec 2017
  • 262 baxış

Fransa Liqasının 18-ci turunda baş tutan "Rennes" - PSJ (1:4) oyununda məşhur cizgi filmi komiksi nindza tısbağa kostyumunda meydana qaçan 3 azarkeşi cəzalar gözləyir.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Edinson Kavaninin 75-ci dəqiqədə qol vurmasından sonra stadiona qaçan bu şəxsləri təhlükəsizlik əməkdaşları meydandan çıxarmışdı.

"PSJ futbolçularının Mbappe üçün Donatellonu köməyə çağırdığını eşidəndə nindza tısbağaları təqlid etmək qərarına gəldik. Stadion işçilərini asanlıqla keçdik. Bununla futbolçuları güldürmək istəyirdik. Mən qışqırdım: "Donatello, Donatello!". Dani Alveş gülümsədi və kürəyindən silah çıxarmağı imitasiya etdi. Bundan sonra Mbappeyə yaxınlaşdım. Biz riski dərk edirdik. Ümid edirik ki, böyük cərimə kəsilməz. Bizim məvacibimiz çox deyil", - azarkeşlərdən biri deyib.

XalqTV.com

>

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" za="" />

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR