"Məhəmməd "Liverpul"da bütün gözləntiləri keçdi"
"Liverpul"un qapıçısı Simon Minyole komanda yoldaşı Məhəmməd Salah barədə danışır.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, belçikalı qolkiper onun barəsində xoş fikirlər səsləndirib.
"Salah yalnız öz işi barədə düşünür. O, qollar vurur və superulduz ola bilər. Məhəmməd üzərində çox çalışır. Salah İngiltərəyə gələndə Premyer Liqanın nə olduğunu bilirdi. Daha sonra İtaliyada oynadı və təcrübə topladı. Bura yenidən tam başqa cür qayıtdı. O, çox sürətlidir və ingilis oyun tərzinə uyğundur. Gəlin, Salahı rahat buraxaq və qol vurmağa davam edəcəyinə inanaq. Onun "Liverpul"a transferinə kimi Naynqqolanla danışmışdım. Mənə Salahın əla oyunçu olduğunu dedi. Məhəmməd "Liverpul"da bütün gözləntiləri keçdi".
>XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində