idman

Mahir Mədətov "Beşiktaş"a keçir

  • 19 Dec 2017
  • 272 baxış

"Qarabağ"ın hücumçusu Mahir Mədətov karyerasını "Beşiktaş"da davam etdirə bilər.
XalqTV.com bildirir ki, bu barədə "Futbol+" məluat yayıb. Verilən məlumatlara görə, Türkiyə klubu Azərbaycan millisinin üzvünə təklif göndərib.

Bu xəbərdən sonra Türkiyə mətbuatında məsələyə münasibət bildirilib. "Fanatik.com"un yazdığına görə, "Beşiktaş" klubunun baş məşqçisi Şenol Günəş futbolçuya göz qoyub. O, Bakıya səfəri zamanı Mahirlə bağlı Qurban Qurbanovdan məlumatlar alıb.
Yazılanlara görə, Şenol Günəş "Qarabağ"-"Çelsi" qarşılaşmasını izləmək üçün Bakıya səfər edib. Onun səfərinn əsas məqsədi isə futbolçunu izləmək və onunla görüşmək olub. Görüşü izləyən Şenol Günəş Qurban Qurbanovla da söhbət edib. Söhbətə sonradan Mahir Mədətov da qoşulub.  Bildirilir ki, futbolçunun transfer məsələsi danışıqlar masası ətrafında dəqiqləşdiriləcək.

Qeyd edək ki, azərbaycanlı futbolçu 17 yaşından etibarən ölkənin əsas liqasında çıxış edir. Üç il əvvəl isə "Qarabağ" komandasına qatılıb. Komandanın oyunlarında fəal olub. Bu il keçirdiyi 11 oyunda 6 qola imza atıb.

>

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR