Qondarma "erməni soyqırımı" abidəsi azərbaycanlıların etirazına səbəb oldu
Ukraynanın Xerson şəhərində qondarma "erməni soyqırımı" abidə qoyulması eyni adlı vilayətdə yaşayan azərbaycanlıların və digər türkdilli xalqların etirazına səbəb olub.
Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədri Əli Kərimov bununla bağlı vilayətdə yaşayan azərbaycanlılar adından şəhər merinə və vilayət qubernatoruna etiraz məktubu ünvanlayıb.
XalqTV.com xəbər veirr ki, Ə. Kərimov APA-ya bildirib ki, məktubda belə bir abidənin qoyulması ilə Ukrayna qanunvericiliyinin pozulduğunu xatırladılıb, bunun aradan qaldırılmasını tələb edib: "Ukrayna heç bir rəsmi səviyyədə bu qondarma "soyqırımı"nı müzakirə etməyib, nəinki tanıyıb. Belə olan halda şəhər rəhbərliyi tərəfindən bu abidənin qoyulmasına icazə verilməsinin özü qanun pozuntusudur. Biz şəhər və vilayət rəhbərliyindən bunun aradan qaldırılmasını tələb edirik. Bu, vilayətdə etnik münasibətlərin gərginləşməsinə də səbəb olur".
Qeyd edək ki, abidənin açılışında Ukraynanın Nikolayev şəhərində fəaliyyət göstərən erməni icmasının rəhbəri Alla Polişuk iştirak edib, bununla bağlı bəyanat da yayıb.
Buna qədər Ukraynanın bir neçə şəhərində də qondarma "soyqırımı"na abidələr qoyulub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində