idman

"İspaniya millisinin mundialdan kənarda qalmaq təhlükəsi hakimiyyətin günahıdır"

  • 19 Dec 2017
  • 253 baxış

İspaniya Futbol Federasiyasının sabiq prezidenti Anhel Maria Vilyar milli komandanın 2018- mundialından kənarda qalmaq ehtimalına münasibət bildirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, korrupsiya işində təqsirləndirilən funksioner FİFA-nın belə xəbərdarlıq etməsində hökuməti ittiham edib.

"İspaniyanın 2018-ci il dünya çempionatından kənarda qalmaq təhlükəsi ilə üzləşməsində əsas səbəbkar ölkənin hazırki hakimiyyətidir. Burda hər kəs, hamıdan çox da mən, millinin mundiala getməyini istəyirəm.

>

Amma bizə dünya çempionatında iştirakı qadağan etsələr, boş qalmış yerə iddialı olacaq İtaliya sevinəcək. Buna görə vəziyyət ciddidir. Vəzifəmdən uzaqlaşdırılmağı ədalətsiz hesab edirəm. Mən təqsirsizlik prezumpsiyası tələb edirəm".

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR