idman

Rəşad Sadıqov bu dəfə "Mançester Siti"nin düşərgəsində

  • 19 Dec 2017
  • 249 baxış

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində İngiltərənin "Mançester Siti" klubunun düşərgəsində iki günlük təcrübə keçib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın kapitanı bu müddət ərzində "şəhərlilər"in strukturu ilə tanış olmaqla yanaşı, komandanın İngiltərə Premyer Liqasının XVIII turunda "Tottenhem"ə qarşı matçını və məşqini canlı izləyib.

Məşqi izləyənlər arasında Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Tomas Tuxel və Braziliya milli komandasının qapıçılar üzrə məşqçisi Klaudio Taffarel də olub.

>

Sadıqov "Mançester Siti"dən əvvəl İtaliyanın "Roma" klubunun düşərgəsində təcrübə keçib.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR