Dünya

ABŞ-da qatarın qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

  • 18 Dec 2017
  • 233 baxış

23:54

XalqTV.com APA-ya istinadən xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bundan əvvəl 3 nəfərin öldüyü, 77 nəfərin yaralandığı bildirilirdi.

----------

23:14

ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, 77 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.  

Qəzanin Leykvud-Olimpiya şəhərləri arasında baş verdiyi məlum olub. Qatarda 78 sərnişin və 5 ekipaj üzvü olub.

Qəza zamanı vaqonlardan biri körpüdən avtomobil yoluna aşıb. Bir neçə avtomobilə zərər dəysə də, sürücülər arasında ölən və yaralanan olmayıb.

----------

>

21:51

ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində 77 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə tibbi mənbələrdə bildirilib.

----------

21:17

ABŞ-ın Vaşinqton ştatında sürətli sərnişin qatarı relsdən çıxıb.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, qatarın Sietl - Portlend marşrutu ilə hərəkət etdiyi bildirilir.

İnsident nəticəsində yaralananların olduğu bildirilsə də, onların sayı barədə hələ ki, məlumat yoxdur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR